Hekayəmiz 2022-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində yaranaraq, tütün sənayesində özünəməxsus yer tutmuşdur.
Bu müddət ərzində biz tütün sənayesinin ehtiyacları haqqında hərtərəfli bilik və anlayış əldə etdik.
Hal-hazırda "AGRO IMPORT AND EXPORT" şirkəti Azərbaycan, Banqladeş və Hindistandan qurulmuş, möhkəm və etibarlı istehsalçılar şəbəkəsinə malik olan tütün təchizatçısıdır. Əməkdaşlarımız tütün sənayesində böyük təcrübəyə malik olan mütəxəssislərdir.
Missiyamız
"Qiymət və keyfiyyət arasında tarazlığı qorumaqla, müştəriləri tələblərə tam cavab verən tütün ilə təmin etmək"
Gələcəyə baxışımız
"Şirkətimizin hədəfi mükəmməlliyə nail olmaq və müştərilərimizə göstərilən xidmətlər, təqdim olunan mallar üzrə keyfiyyət liderinə çevrilməkdir"
Şirkətimiz tütün məmulatlarının istehsalçılarına tütün xammalının aşağıdakı növlərini təklif edir:
Virciniya
Berley
Partladılmış tütün damarı
Skrap
ƏSAS DƏYƏRLƏRIMIZ
"AGRO IMPORT AND EXPORT" Şirkətinin komandası öz işlərində hər zaman korporativ dəyərlərini əsas tutur:
Peşəkarlıq
Etik, hörmətli və dürüst qalmaq
Məsuliyyət
Öz işimizə cavabdeh olmaq
Etibarlılıq
Öhdəliklərimizi və vəzifələrimizi yerinə yetirmək
Davamlı inkişaf
Hər zaman öyrənmək, dəyişmək və inkişaf etmək
Peşəkarlıq
Məsuliyyət
Etibarlılıq
Davamlı inkişaf
Etik, hörmətli və dürüst qalmaq
Öz işimizə cavabdeh olmaq
Öhdəliklərimizi və vəzifələrimizi yerinə yetirmək
Hər zaman öyrənmək, dəyişmək və inkişaf etmək
Tütün əsasən tütün məmulatlarının istehsalı üçün becərilir.
Tütün məmulatlarının istehsalı prosesində əsasında lazımı möhkəmlikdə və dad keyfiyyətində tütün xammalı olan tütün qarışığı (blend) istifadə olunur. Müxtəlif tütün növlərindən olan ahəngdar tütün qarışığı təkrarolunmaz dada və ətirə nail olmaq üçün əsas komponentdir.
Ən geniş yayılmış tütün növlərinə Virciniya və Berley aiddir:
Virciniya tütünün ən tanınmış və yayılmış növüdür.
Yüksək şəkər tərkibi Virciniya tütünə incə ətir və təbii şirinlik verməklə, ağızda xoş dad yaradır. Bu tütün növünün istifadəsi tütün qarışığının dadını əhəmiyyətli dərəcədə dəyişir.
Tütün zəngin sarı rəngdədir. Emal prosesində Virciniya tütünü isti ilə qurudulduqdan sonra, qızılı rəng alır.
Назад
Berley (Burley)
Növbəti məşhur tütün növü nisbətən yeni, yüksək nikotin və aşağı şəkər səviyyəsi ilə seçilən Berley tütünüdür.
Berley tütünün açıq və tünd çeşidlərinin hər birinin öz təkrar edilməz ətir və dad kompozisiyası var.
Berleyin tünd çeşidinin zəngin ədviyyəli dadı və yüksək nikotin səviyyəsi, açıq çeşidlərinin isə fındıq ətiri və orta nikotin səviyyəsi olur.
Təbii şirinliyin olmaması, əlavə edilmiş ətirlərin saxlama qabiliyyəti və müxtəlif emal proseslərini qəbuletməsinə görə, Berley tütünün tütün məmulatlarının istehsalında əhəmiyyətli rolu var.